Mirzəkarim Yagubov

Biz həmişə qarşılıqlı əməkdaşlıq tapmağa və bütün dünyada olan şirkətlər ilə güclü partnyorluq yaratmağa çalışırıq. Buna görə Yaponiya, Sinqapur, Rusiya, Qazaxıstan və s. ölkələrin şirkətləri ilə davam edən layihələrimiz var. Sıx tərəfdaşlıq əlaqələri yaratmaq və hər iki tərəf üçün mənfəətli olan strategiya ilə məqsədlərə nail olmaq bizim fəaliyyətimizin məqsədləridir.

Mirzəkarim Yagubov Baş Direktor

Caspian GROUP

"Caspian Group" Azərbaycanda ən sürətlə inkişaf edən tikinti şirkətlərindən biridir. İnşaat işləri, taxtabəndlərin qurulması, boyama, təmizləmə işləri və təchizatda iştirak etməklə, biz 10 ildən artıqdır ki, ölkənin sənaye sektorlarının inkişafında da iştirak edirik. Fərqli xüsusiyyətlərimizdən biri xidmətlərin keyfiyyəti və avadanlıqlardır. Biz həmişə qarşılıqlı əməkdaşlıq tapmağa və bütün dünyada olan şirkətlər ilə güclü partnyorluq yaratmağa çalışırıq. Buna görə Yaponiya, Sinqapur, Rusiya, Qazaxıstan və s. ölkələrin şirkətləri ilə davam edən layihələrimiz var.

Sıx tərəfdaşlıq əlaqələri yaratmaq və hər iki tərəf üçün mənfəətli olan strategiya ilə məqsədlərə nail olmaq bizim fəaliyyətimizin məqsədləridir. Məsələn, biz 2018-ci ildə Qaradağ Metal İnşaat Şirkəti ilə ən böyük istehsal potensialına və Azərbaycanda milli əhəmiyyətli layihələrə malik İttifaq müqaviləsini imzaladıq. Missiyamız nanotexnologiya istehsalı və servisi üzrə aparıcı şirkət olmaqdır.

Strateji konsepsiyamız

Qlobal liderliyi davam etdirmək - Bütün fəaliyyət sektorlarında əsas oyunçulardan biri olmaq məqsədilə təklif olunan xidmət və məhsulların rəqabət qabiliyyətini, müştərilərin tələblərinə diqqəti artırmaq və şirkətə istedadların cəlb edilməsinə davam etmək. Fərqli məhsul portfellərini təklif etməklə, hər gün yeniliklər etməklə və təqdim olunan xidmət və fəaliyyətlər spektrini artırmaq üçün seçici şəkildə investisiya qoymaqla müştərilərin tələblərinə cavab vermək.

Stabilliyi təmin etmək və daimi gəlirə zəmanət vermək məqsədilə təqdim olunan xidmətlərdə davamlı şəkildə keyfiyyət, təhlükəsizlik və etibarlılıq standartlarını təkmilləşdirmək. Yeni bazarlarda daimi ticarət səyləri etməklə qrupun mövcud müştəri bazasını genişləndirmək.

İdarə olunan resursların gəlirliliyini optimallaşdırmaq

Şirkətin genişlənmə və böyümə strategiyasına əsasən ciddi investisiya meyarlarının tətbiq edilməsi. Resursların artırılmasına və aşağı qiymətin saxlanmasına şərait yaradan möhkəm maliyyə strukturunun saxlanılması.

Davamlı artımı təşviq etmək

Sabit, mötəbər və ədalətli şəkildə ödəniş olunan iş yeri yaratmaqla iqtisadiyyatın inkişafına kömək etmək. İqtisadi, sosial və ekoloji fonu qorumaq, şirkət prosedurlarının yaradılmasında yeniliklər etmək və Şirkət fəaliyyəti ilə bağlı əsas yerli və beynəlxalq müəssisələrin tövsiyyələrinə riayət etmək. İqtisadiyyatın inkişafına və vətəndaşların rifah halının yaxşılaşmasına kömək etmək. İqtisadiyyatın inkişafına kömək etmək, Caspian Group-un öz fəaliyyətləri vasitəsilə var-dövlət yaratmaq, bununla da vətəndaşların rifahına zəmanət vermək.